Türkiyə daha bir ölkə ilə sərhədlərini açırbackend

Türkiyə daha bir ölkə ilə sərhədlərini açır

Türk Hava Yolları (THY) sentyabr ayı üçün uçuş cədvəli açıqlayıb.

PARLA Türkiyə mətbuatına istinadən xəbər verir ki, “THY” iyulun 19-da yenidən təxirə saldığı İrana aviareyslərini sentyabrın 1-dən yenidən uçuş planına daxil edib.

Məlumatda bildirilir ki, Türk Hava Yolları sentyabrın 1-dən İranın Tehran, Təbriz, Şiraz və Məşhəd, Kanadanın Vancouver, Madaqaskar, Latvianın Riqa və Estoniyanın Tallin, Gürcüstanın Batumi və Tiflis, Vyetnamın Honai və Ho Chi Minh City, Səudiyyə Ərəbistanın Dammam və Riyad, Əlcəzairin Konstantin və Vahran, Əfqanıstanın Mezar-ı Şərif, Rusiyanın Krasnodar, Soçi və Kazan, İraqın Süleymaniyyə, Hindistanın Mumbay və Dehli, Bəhreynə, İordaniyanın Amman, Türkmənistanın Aşqabad, Litvanın Vilnüs və Monqolustanın Ulan-Bator, Yunanıstanın Saloniki, Mərakeşin Marrakeş, Omanın Muskat, Nigeriyanın Əbuja və Laqos, Cənubi Afrikanın Keyptaun, Yohannesburq və Durban, BƏƏ-nin Əbu-Dabi şəhərlərinə uçuşlara başlamağı planlaşdırır.

www.parla.az