Türkiyə Azərbaycana yeni səfir təyin etdibackend

Türkiyə Azərbaycana yeni səfir təyin etdi

Ahmet Demirok Türkiyənin Azərbaycanda yeni fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

PARLA NTV-yə istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy Türkiyənin Serbiyadakı, Hasan Murat Mercan isə ABŞ-dakı səfiri təyin edilib.

Qeyd edək ki, A.Demirok 1970-ci il avqustun 21-də Türkiyənin Konya şəhərində anadan olub. O, 2013-ci ildən 2017-ci ilədək ölkəsinin Qətərdəki səfiri olub.

Xatırladaq ki, Erkan Özoralın Azərbaycandakı diplomatik fəaliyyət müddəti başa çatır. /REPORT/

www.parla.az