Tural Museyibov Prezidentə müraciət etdibackend

Tural Museyibov Prezidentə müraciət etdi

Tanınmış jurnalist Tural Museyibov və ailə üzvləri xəbərdarlıq edilmədən yaşadıqları ünvanda qeydiyyatdan çıxarılıb.
PARLA xəbər verir ki, proses Yasamal rayon məhkəməsinin hakimi (hazırda Apellyasiya məhkəməsinin hakimi) Mehdiyev Emin Əlixan oğlunun sədrliyi ilə 2019-cu il aprel ayının 25-i çıxarılan qətnamə ilə reallaşdırılıb.

İddiaçı Əliyev Şahin İsrayıl oğlu Yasamal rayonu 2-ci Alatava qəsəbəsi ev 97 V ünvanında aldığı 1 otaqlı evdə çox sayda pasport qeydiyyatında olan şəxslərin qeydiyyatdan çıxarılması barədə şikayət edib.

Hakim də bu alqı-satqının “operativ” reallaşmasına dəstək olaraq cavabdehlərin xəbəri olmadan eyni ünvanda qeydiyyatda olan şəxslərin qeydiyyatdan çıxarılması barədə qərar qəbul edib. Beləcə şəxsiyyət vəsiqələri qüvvədən salınıb.
Bir neçə ay sonra Tural Müseyibov və ailə üzvləri Şəxsiyyət vəsiqəsindən istifadə etmək istəyərkən belə bir hadisənin baş verməsindən xəbərdar olublar.
Tural Müseyibov BakuPost-a açıqlamasında faktı təsdiqləyib. O,bildirib ki, qeydiyyatda olduqları ev 300 kv artıq rəsmi çıxarışlı ata evidir: “Məhkəməyə şikayət edən şəxsin evi isə 1 otaqlıdır və o tamam başqa ərazidədir. Hətta 56 saylı MKİS dən Yasamal məhkəməsinə rəsmi sənəd verilib ki, şikayətçi ilə eyni ünvanda adları çıxan şəxslər ayrı-ayrı mülklərin sahibləridir. Sadəcə Sovet dövründən bu günə qədər ünvan eyni qalıb. Sən demə, aylar əvvəl bizi qeydiyyatdan çıxarırlar, şəxsiyyət vəsiqələrimizi ləğv edirlər, amma mənim bundan xəbərin olmayıb”.
“Mən həmin hakimin və prosesdə iştirakçı olan digər vəzifəli şəxslərin qanun qarşısında cavab vermələri üçün şəxsən cənab Preziden İlham Əliyevə və hüquq-mühafizə orqanlarına, Məhkəmə Hüquq Şurasına müraciət etdim. Vətəndaşa bu qədər hörmətsizlik, qanunlara bu qədər sayğısızlıq olarmı? Mənim bir qardaşım hərbiçidi, müharibə başlayandan Bakıya gələ bilmir, amma şəxsiyyət vəsiqəsi vacib lazımdı. Bu, məsuliyyətsiz, haramxor adamların hesabına çətinliklər problemlə üzləşib”.

www.parla.az