Tramp seçkilərdən əvvəl Putinlə görüşmək istəyirbackend

Tramp seçkilərdən əvvəl Putinlə görüşmək istəyir

ABŞ prezidenti Donald Tramp öz köməkçilərinə məlumat verib ki, noyabr ayında ABŞ-da keçiriləcək prezident seçkilərindən əvvəl Rusiya dövlətinin başçısı Vladimir Putinlə görüş keçirmək istəyir.

PARLA bildirir ki, bu barədə “NBC” telekanalı xəbər verib.

Telekanalın məlumatına görə, liderlər strateji hücum silahlarının gələcəkdə də azaldılması və məhdudlaşdırılması ilə bağlı tədbirlər haqqında müqaviləyə dair bəyanat verə bilərdilər.

www.parla.az