Tovuzun Dondar Quşçu kəndinə top mərmisi düşdü – FOTOLARbackend

Tovuzun Dondar Quşçu kəndinə top mərmisi düşdü - FOTOLAR

Tovuz rayonun Dondar Quşçu, Yuxarı Öysüzlü və Hacallı kəndlərinin ərazisinə mərminin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinə (ANAMA) 3 (üç) siqnal (əməliyyat çağırışı) daxil olub.

ANAMA-dan bildirilib ki, məlumatlara əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş kəndlərin ərazisində 2 ev və həyətyanı və əkin sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ermənistan silahlı qüvvələri tərəfindən atılmış 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) və partlamış top mərmilərinin qalıqları aşkar olunub, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Tapıntıların ətrafında 430 kvadratmetr əraziyə yerüstü, 37 kvadratmetr əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

  • Tovuzda top mərmisi tapıldı- FOTOLAR
  • Tovuzda top mərmisi tapıldı- FOTOLAR
  • Tovuzda top mərmisi tapıldı- FOTOLAR

www.parla.az