Tovuzda yol çəkilişi zamanı partlayış baş verdi – Yaralılar varbackend

Tovuzda yol çəkilişi zamanı partlayış baş verdi - Yaralılar var

Tovuzda qaz borusunun qaynağı zamanı partlayış baş verib.

PARLA-nın xəbərinə görə hadisə rayonun Xatınlı kəndi yaxınlığında olub. Yol çəkilişi zamanı qaz borularında görülən qaynaq işləri zamanı partlayış baş verib.

Hadisə zamanı 1966-cı il təvəllüdlü Quliyev Sənan İsmayıl oğlu və 1957-ci il təvəllüdlü Süleymanov Məhərrəm İslam oğlu xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.

“Azəriqaz”dan verilən məlumata görə, yaralılar istehsalat birliyinin əməkdaşları deyil.

Faktla bağlı araşdırma aparılır.

www.parla.az