Vüsalın atası “Topçu” arağının istehsalına etiraz etdibackend

Vüsalın atası "Topçu" arağının istehsalına etiraz etdi

Vüsalın atası İslam Şahkərimov oğlunun təsviri olan “Topçu” arağının istehsal olunmasına münasibət bildirib. Əvvəlcə razılıq verən ata daha sonra səhv etdiyini söyləyib:

“Mənimlə əlaqə saxladılar və bildirdilər ki, Vüsalın fotosu olan məhsul istehsal etmək istəyirlər, razılıq verdim, bunun üçün şirkətlə hansısa müqavilə imzalanmayıb və ödəniş olunmayıb. Amma indi narazılıq yarandığını görürəm. Ona görə də qərara gəldim ki, şirkətə oğlumun fotosu olan məhsulun istehsalının dayandırılması ilə bağlı müraciət edim. Çünki anlayıram ki, doğru qərar olmayıb”.

www.parla.az