Azərbaycan hakimiyyətinin sərt tənqidçilərindən olan Tofiq Yaqublu ölkə başçısı İlham Əliyevə dəstəyini ifadə edib.
PARLA bildirir ki, Tofiq Yaqublu Prezidentin son çıxışından məmnun qaldığını yazıb:
“İndicə İlham Əliyevin Azərbaycan xalqına müraciətində Ermənistana qarşı səsləndirdiyi bütün şərtləri və tələbləri tam dəstəkləyirəm. Bunlar Azərbaycanın haqqıdır!”
Bu barədə onun qızı Nigar Həzi öz Facebook səhifəsində paylaşım edib.