Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobud şəkildə pozaraq yaşayış məntəqələrimizi hədəfə alır.
PARLA xəbər verir ki, günorta saatlarında düşmən mərmilərindən biri Ağdamın Baharlı qəsəbəsində yerləşən körpələr evinə düşüb.
Nəticədə binada dağıntılar əmələ gəlib. Xoşbəxtlikdən xəsarət alan olmayıb.