Təl-Əvivə birbaşa uçuşbackend

Təl-Əvivə birbaşa uçuş

İsrailin “Israir Airlines” aviaşirkəti Bakı ilə Təl-Əviv arasında birbaşa aviareys həyata keçirəcək.

PARLA İsrailin Azərbaycandakı səfirliyinə istinadən xəbər verir ki, aviareys iyunun 24-də baş tutacaq.

Uçuş əsasən Azərbaycanda qalmış İsrail vətəndaşlarına istiqamətlənib.

Xatırladaq ki, İsrail hava yollarını xarici ölkə vətəndaşları üçün sərhədləri avqustun 1-dən açacaq. Azərbaycanın hava limanları müntəzəm uçuşlar üçün avqustun 1-nə qədər bağlı qalacaq. Ölkədə karantin rejimi tətbiq edildikdən bəri isə yalnız xüsusi çarter reyslərinə icazə verilir.

www.parla.az