Təhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlər üçün şərtləri açıqlayıbbackend

Təhsil Nazirliyi övladını məktəbə göndərmək istəməyən valideynlər üçün şərtləri açıqlayıb

“Virus riskindən qorxaraq övladlarını məktəbə göndərməyə ehtiyat edən valideynlərin mənafeləri nəzərə alınıb”.

PARLA-nın xəbərinə görə, bunu Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.

Onun sözlərinə görə, belə valideynlər məktəb rəhbərliyinə yaxınlaşaraq xüsusi iltizam formasına qol çəkməlidirlər: “Bu, məlumatlandırma və öhdəliklər haqqında xüsusi formadır. Valideyn bu formanı imzalamaqla öz öhdəliklərini təsdiqləmiş olur. Öhdəliklərdə şagirdlərin virtual dərslərdə iştirakına, teledərslərə baxmasına, müəllim tərəfindən verilən tapşırıqları vaxtlı-vaxtında yerinə yetirməsinə, məktəbdə müntəzəm keçiriləcək kiçik və böyük summativ qiymətləndirmələrdə (KSQ və BSQ) iştirakına təminat verilir. Valideyn bu öhdəliklərə qol çəkməklə övladının əyani dərslərdə iştirakından imtina edə bilər. Öhdəliklərə əməl edilməsə, bu cür şagirdlər biliyi qiymətləndirilməyənlər kateqoriyasına aid ediləcək və sinifdə qalmaq təhlükəsi ilə üzləşəcəklər”.

www.parla.az