Təhsil Nazirindən cəbhə bölgəsində fəaliyyəti dayandırılan məktəblərlə bağlı açıqlamabackend

Təhsil Nazirindən cəbhə bölgəsində fəaliyyəti dayandırılan məktəblərlə bağlı açıqlama

“Cəbhə bölgəsində fəaliyyəti dayandırılan 420 məktəbin dərs cədvəlləri dəyişdiriləcək”.

PARLA xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.

Nazirin sözlərinə görə, həmin məktəblərdə bu gün dərs keçmək mümkün olmasa, 3-4 gün sonra mümkün olarsa, dərslər bərpa ediləcək:

“Üç rayonda bütün məktəblər fəaliyyətini dayandırıb, 11 rayonda isə yerləşmə yerindən asılı olaraq bəzi məktəblərin dayandırılması qərarı verilib”.

www.parla.az