Təhsil naziri erməni terrorunun qurbanı olan daha bir şagirddən yazdıbackend

Təhsil naziri erməni terrorunun qurbanı olan daha bir şagirddən yazdı

“Ermənistan silahlı qüvvələrinin dinc əhalimizə qarşı cinayət əməlləri davam etməkdədir. Çox təəssüf ki, bu gün daha bir şagirdimiz düşmən təcavüzünün qurbanı olub. Həlak olan Aysu İsgəndərova Bərdə rayonu Qarayusifli kənd tam orta məktəbinin 2-ci sinif şagirdi idi”.

PARLA xəbər verir ki, Təhsil naziri Emin Əmrullayev bunu “facebook” səhifəsində yazıb.

“Allahdan şagirdimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verirəm!”, – deyə nazir bildirib.

www.parla.az