TƏBİB: Payızda kəskin respirator infeksiyaların artması qaçılmazdırbackend

TƏBİB: Payızda kəskin respirator infeksiyaların artması qaçılmazdır

“Hazırda xəstəxanalardakı aktiv xəstə sayının azalması üçün çalışırıq. May ayında yumşalma nəticəsində xəstə sayında artım olmuşdu. Ümid edək ki, anoloji vəziyyət bu dəfə olmayacaq”.

PARLA xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

TƏBİB rəsmisi bildirib ki, Azərbaycana xaricdən mütəxəssislərin gəlməsi vacib amildir: “Pandemiya ilə mübarizəyə hər zaman hazırıq. Payız-qış mövsümündə kəskin respirator virus infeksiyalarının artması qaçılmazdır. Əgər koronavirusla mübarizədə tələb olunan qaydalara ciddi əməl etsək, digər viruslara qarşı da mübarizə apara bilərik. Maskadan hamı istifadə etməli, gigiyenik qaydalar nəzərə alınmalı və sosial məsafə mütləq qorunmalıdır”.

www.parla.az