Şuşada doğulan Flora Kərimova Prezidentə təşəkkür etdibackend

Şuşada doğulan Flora Kərimova Prezidentə təşəkkür etdi

Xalq artisti Flora Kərimova doğulduğu Şuşa şəhərinin işğaldan azad edilməsi ilə bağlı sevinci izləyiciləri ilə bölüşüb.

PARLA xəbər verir ki, sənətkar şəxsi “Instagram” hesabında Ali Baş Komandana təşəkkürünü bildirərək hər kəsi təbrik edib:

“Dövlətimin başçısı!
Bir anda Azərbaycan xalqını bütünə, 30 illik namümkünü mümkünə çevirdiniz! Qələbəni xalqın adına və öz adınızı xalqımızın tarixinə şərəflə yazdınız! Bunu siz bacardınız! Əzminiz, qətiyyətiniz sayəsində!
Bu gün sizə nə təriflər deyilsə, layiq olduğunuz qədərindən yenə də azdır!
Sizi vətəndaşınız kimi təbrik edirəm!
Sizi qarabağlı kimi təbrik edirəm!
Sizi ana kimi, övlad kimi, əsgər kimi təbrik edirəm!
Zəfəriniz dönməz olsun, Ali Baş Komandan! Zəfəriniz mübarək olsun, Ali Baş Komandan! Zəfərimiz mübarək, Azərbaycan!”

www.parla.az