“Survivor 2020”nin çempionu bəlli oldu – FOTObackend

“Survivor 2020”nin çempionu bəlli oldu - FOTO

Bir neçə aydır Türkiyənin TV8 kanalında yayımlanan “Survivor 2020” yarışması nəhayət ötən gecə yekunlaşdı.

PARLA xəbər verir ki, Dominikan Respublikasında təşkil olunan “Ünlülüər” və “Könüllülər” komandalarının yarışdığı “Survivor 2020″nin finalı İstanbulda baş tutub.

Finalda çempion adı uğrunda iki yarışmaçı – Barış Yağçı və Cemal Can mübarizə aparıb.

Qeyd edək ki, hər iki iştirakçı bütün yarışma müddətində SMS səsverməsi reytinqlərində həmişə öndə olmuşdu.

Məşhur teleaparıcı, TV8 kanalın sahibi Acun Ilıcalının idarə etdiyi final gecəsində “Survivor 2020”nin çempionu Cemal Can elan olunub.

www.parla.az