Şoyqu Yerevanda Paşinyanla görüş keçirirbackend

Şoyqu Yerevanda Paşinyanla görüş keçirir

Rusiyanın müdafiə naziri Sergey Şoyqu noyabrın 21-də qurumlararası nümayəndə heyətinin tərkibində Yerevanda səfərdədir.

Bu barədə “RİA Novosti”yə baş nazirin mətbuat katibi Mane Qevorqyan məlumat verib.

Ermənistan hökumətinin mətbuat katibi Mane Gevrokyanın sözlərinə görə, Sergey Şoyqu artıq Nikol Paşinyanla görüşüb.

Bildirilib ki, Ermənistana Rusiyanın xarici işlər naziri Sergey Lavorov, baş nazirin müavinləri Aleksandr Novak, Aleksey Overçuk, fövqəladə hallar naziri Yevgeni Ziniçev və Rusiya hökumətinin başqa rəsmilərinin də Yerevana səfər edəcəyi gözlənilir.

Rusiyanın nümayəndə heyəti Yerevanada Ermənistan hökuməti ilə Azərbaycanın Qarabağ bölgəsinə rusiyalı sülhməramlılarının yerləşdirilməsi, Rusiyanın maliyyə, texniki yardımına dair məsələləri müzakirə edəcək.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin noyabrın 20-də keçirdiyi müşavirədə Qarabağ sakinlərinə hərtərəfli yardım edəcəklərini bildirib.

www.parla.az