Şoyqu Ermənistana silah daşınması məsələsinə aydınlıq gətirdi – AÇIQLAMAbackend

Şoyqu Ermənistana silah daşınması məsələsinə aydınlıq gətirdi – AÇIQLAMA

Ordu generalı Sergey Şoyqu Rusiyadan Ermənistana təyyarələr vasitəsilə silahların daşınması ilə bağlı fikirlərə aydınlıq gətirib.

PARLA xəbər verir ki, son zamanlar mətbuatda yayılan məlumatlara münasibət bildirən Sergey Şoyqu, bunun həqiqəti əks etdirmədiyini qeyd edib.

“Bu hərbi daşınmalar Ermənistana silah və hərbi texnikanın, həmçinin digər hərbi əmlakın tədarükü üçün deyil, Rusiyanın bu ölkədəki 102-ci hərbi bazasına genişmiqyaslı tikinti işlərinin aparılması üçün nəzərdə tutulan tikinti materiallarının çatdırılması və həmin bazada xidmət edən çağırışçıların rotasiyası məqsədilə həyata keçirilib. O, xüsusilə qeyd edib ki, Rusiya bu günədək Azərbaycana qarşı yönələn heç bir addım atmayıb və bundan sonra da atmayacaq.

Tərəflər həmçinin beynəlxalq və regional təhlükəsizlik məsələləri, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti və əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, hərbi-texniki əməkdaşlıq sahəsində qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, – deyə Şoyqu qeyd edib.

www.parla.az