Son sutkada 8 min yoluxmabackend

Son sutkada 8 min yoluxma

Rusiyada son sutkada daha 7 972 nəfərə COVID-19 diaqnozu qoyulub.

PARLA xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 569 063 nəfərə çatıb.

Ölkədə virusdan ölənlərin sayı isə daha 181 nəfər artaraq 7 841-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 324 406 nəfər sağalıb.

Bildirilib ki, yeni yoluxmaların əksəriyyəti paytaxt Moskvada aşkarlanıb – 1 136 nəfər.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 8,5 milyonu ötüb. Bunların 4,5 milyondan çoxu sağalıb, 456 mindən çoxu isə ölüb.

www.parla.az