Siyəzəndəki yanğında 2 nəfər vəfat etdi – VİDEObackend

Siyəzəndəki yanğında 2 nəfər vəfat etdi -  VİDEO

Xəbər verdiyimiz kimi, Siyəzən rayonunun Sədan kəndi yaxınlığındakı dağlıq və dağətəyi ərazidə baş vermiş yanğın görülmüş operativ tədbirlər sayəsində qısa müddət ərzində söndürülüb.

PARLA-nın məlumatına görə, hadisə nəticəsində bir nəfər dünyasını dəyişib.

Belə ki, yanğının yaxınlıqdakı neft buruqlarına keçməsinin qarşısını almaq istəyən 1970-ci il təvəllüdlü, Siyəzən rayon Sədan kənd sakini Zeynalov Cahangir Əhmədşah oğlu yanıq xəsarətləri alıb. O, dərhal Bakıya xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Hadisə nəticəsində daha bir nəfər həyatını itirib. Onun şəxsiyyəti müəyyənləşdirilir.

www.parla.az