Silahlı Qüvvələrə Yardım Fonduna Mobil tətbiq vasitəsilə ianə sistemi yaradıldıbackend

Silahlı Qüvvələrə Yardım Fonduna Mobil tətbiq vasitəsilə ianə sistemi yaradıldı

Bir neçə gün öncə Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadənin öz sosial hesabında Silahlı Qüvvələrə Yardım Fondu üçün ödənişli sms sisteminin yaradılması ilə bağlı etdiyi təklif cavabsız qalmayıb:

“Bir çox əhali qrupu online bank əməliyyatından istifadə edə bilmir. 1,5,10,50,100 manatlıq ödənişli sms vasitəsilə əhalinin içindən gələn bu istəyə vəsilə olun” – deyə qeyd etmişdi.

PARLA xəbər verir ki, bu təklifə müsbət reaksiya verən mobil rabitə operatoru “Azercell” şirkəti abunəçilərinə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna daha rahat və sürətli formada ianə köçürmək imkanını yaradıb.

Belə ki, “Kabinetim” tətbiqi üzərindən günün istənilən saatında, istənilən yerdən, 24/7 rejimində Fonda vəsait köçürmək mümkündür. Bunun üçün sadəcə “Kabinetim” tətbiqini işə salmaq və ”Mobil Ödəmə” bölməsindən “Orduya ianə” əməliyyatını seçməklə ödəmə aparmaq kifayətdir. Mobil tətbiq vasitəsilə ianə etmək üçün kredit kartına ehtiyac yoxdur, nömrə balansında minimum 3 manat olması yetərlidir. Birdəfəlik maksimal ianə məbləği 50 manat, aylıq limit isə 500 manat təşkil edir.

www.parla.az