Show Tv-nin aparıcısı Kim Kardaşyanın “arxasına” söz atdı: Türk ulduzları arasında qalmaqal – VİDEO – FOTObackend

Show Tv-nin aparıcısı Kim Kardaşyanın "arxasına" söz atdı: Türk ulduzları arasında qalmaqal - VİDEO - FOTO

Erməni təcavüzkarları tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad olunmasını özlərinə sərf edən şəkildə izləyicilərinə çatdıran Kardaşyan Türkiyəni Azərbaycana qoşun göndərməməyə də çağırıb.

PARLA xəbər verir ki, Türkiyənin “Show TV” kanalının aparıcısı Ece Üner isə  erməni əsilli pornoulduz Kim Kardaşyanın iddialarına fərqli şəkildə reaksiya verib.

Ece Üner efirdə “Kim Kardaşyanın kameraya göstərməyə öyrəşdiyi böyük bir mənbəsi var. Görəsən, bunu uyduranda da həmin mənbədən yararlanıb? (Kim Kardashian’ın kameralara göstermeye alışık olduğu büyük bir kaynağı var, yine aynı kaynağı mı referans aldı acaba?) deyib.

Bundan sonra məşhur türk aktrisa Deniz Çakır Ece Üneri seksist olmaqda ittiham edən paylaşım edib.

Ece Üner onu seksistlikdə günahlandıranlara layiqli cavab verib.

“Əsas seksistlik burada cinsiyyətçilik axtarmaqdadır. Mən “adi” qadınların haqqını tələb edəndə siz hardaydınız?”, – o, Tvitterdə yazıb.

Türkiyəli məşhurlar Ece Ünere dəstək verərək, Deniz Çakırı qınayan paylaşımlar ediblər.

www.parla.az