Serbiya səfirliyi silah məsələsi ilə bağlı açıqlama yaydıbackend

Serbiya səfirliyi silah məsələsi ilə bağlı açıqlama yaydı

Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycanın Serbiyadakı səfirliyi açıqlama yayıb.

PARLA xəbər verir ki, Azərbaycanın Serbiyadakı səfirliyi bildirir ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı Azərbaycan Prezident Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında tərəfimizdən dərhal Serbiya Prezidentinin Amdministrasiyasına, Xarici İşlər Nazirliyinə, eyni zamanda ölkənin digər aidiyyəti dövlət qurumlarına məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilmiş və intensiv görüşlər keçirilməkdədir.

Məsələ ilə bağlı Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılmış və Azərbaycan dövlətinin narazılığı onun diqqətinə çatdırılıb.

Hal-hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılmaqdadır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək.

www.parla.az