“Semaşko” ilə bağlı TƏBİB-dən AÇIQLAMAbackend

"Semaşko" ilə bağlı TƏBİB-dən AÇIQLAMA

TƏBİB sosial şəbəkələrdə1 saylı Kliniki Tibbi Mərkəzlə bağlı yayılan videolara münasibət bildirib.

Qurumdan PARLA-ya verilən açıqlamada bildirilıir:

Kliniki Tibbi Mərkəzlə bağlı sosial şəbəkələrdə yayılan fikirlər və videomateriallarla bağlı bildirik ki, xəstəxanada mövcud vəziyyət və çatışmazlıqlar barədə TƏBİB məlumatlıdır və bu çatışmazlıqların aradan qaldırılması istiqamətində fasiləsiz işlər görülür.

Sosial şəbəkələrdə yayılan videomaterialla bağlı qeyd edək ki, pasiyentin “Çin dərmanı” adlandırdığı dərman preparatı Favipiravirdir.

Favipiravir – müxtəlif növ RNT-virusları, o cümlədən koronavirus SARS-CoV-2 əleyhinə dərman vasitəsi kimi istifadə olunan kimyəvi tərkibdir. Dərman vasitəsi ilk dəfə qrip əleyhinə müalicə vasitəsi kimi Yaponiyada istehsal olunub və qripdən əlavə, ağır viruslu infeksiyaların müalicəsi üçün təsdiqlənmişdir. Yaponiyada Favipiravir tərkibli dərman vasitəsinin ticarət adı “Aviqan”dır.

Qeyd edək ki, ölkəmizdə mövcud olan xüsusi rejimli xəstəxanalar dünyada COVID-19 infeksiyasının müalicəsində istifadə edilən bütün dərman preparatları ilə təmin edilib.

www.parla.az