Sankt-Peterburqda azərbaycanlılarla ermənilər üz-üzə gəldi – OMON işə qarışdıbackend

Sankt-Peterburqda azərbaycanlılarla ermənilər üz-üzə gəldi – OMON işə qarışdı

Azərbaycan-Ermənistan sərhəddində baş verənlərin əks-sədası Rusiyadan gəlməkdə davam edir.

PARLA Rusiyanın “Komsomolskaya pravda” qəzetinə istinadən xəbər verir ki, ölkənin ikinci ən böyük şəhəri Sankt-Peterburqda da iki icma arasında gərginlik yaşanır. Belə ki, Sankt-Peterburqun ən böyük meyvə-tərəvəz bazası sayılan Sofiysk bazarının azərbaycanlı sahibləri erməni məhsullarını əraziyə buraxmayıb. Soydaşlarımız Ermənistandan ərik yüklü maşınlara məhsulu ərazidə boşaltmağa imkan verməyiblər. Bu səbəbdən tərəflər arasında kiçik qarşıdruma da yaşanıb.

Nəticədə Soyisk bazarına daxil ola bilməyən ermənilər məhsullarını yaxınlıqdakı metrostansiyaların çıxışlarında satmalı olublar.

Mümkün insidentlərin qarşısını almaq üçün Sofiysk bazarına OMON (Xüsusi Təyinatlı Polis Dəstəsi) yerləşdirilib. Məsələ ilə bağlı Sankt-Peterburq şəhər administrasiyası iki icma ilə də danışıqlara başlayıb.

www.parla.az