Gürcüstanın eks-prezidenti və Odessa vilayətinin eks-qubernatioru Mixail Saakaşvili Gürcüstana qayıdacağını elan edib.
PARLA xəbər verir ki, öz videomüraciətində Ukraynanın “ikinci vətəni” olduğunu deyən Saakaşvili 7 il ərzində “səhv buraxmamaq üçün” kifayət qədər təcrübə topladığını deyib.
Saaakaşvili gürcülərin daha yaxşı yaşaya biləcəyini və bunun üçün geri dönəcəyini açıqlayıb.