Sərdar Cəlaloğlu: “Qurban özünü qəsdən həbs etdirib”backend

Sərdar Cəlaloğlu: "Qurban özünü qəsdən həbs etdirib"

Qurban Məmmədovun həbsi ilə bağlı məndə hər hansı məlumat yoxdur. Bu barədə heç maraqlanmıram.

PARLA xəbər verir ki, bunu axar.az-a açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu qardaşı Qurban Məmmədovun həbsi ilə bağlı məlumatlar barəsində danışarkən deyib. ADP sədri qardaşının Türkiyədə saxlanılması xəbərini mediadan eşitdiyini söyləyib:

“İnterpol axtarışında olduğu halda Türkiyəyə gəlibsə, deməli, nəticəsini də əvvəlcədən bilirdi. Əgər yaxalanıbsa, yəqin ki, hansısa uzunmüddətli planı var”.

www.parla.az