Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu – VİDEObackend

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu - VİDEO

Sentyabrın 20-də saat 23:00 radələrində Şəmkir rayonu ərazisində güclü partlayış səsi eşidilib.

Bu barədə PARLA-ya Şəmkir rayon sakinləri məlumat verib. Məlumatda bildirilir ki, ard-arda iki güclü partlayış səsi eşidilib.

Ədə etdiyimiz qeyri-rəsmi məlumata görə, qeyd edilən saatda Şəmkir rayonu ərazisində erməni hərbi PUA-sı (Pilotsuz Uçuş Aparatı) Azərbaycan hərbi qüvvələri tərəfindən məhv edilib.

Vurulan hərbi PUA Şəmkir rayonun Sabirkənd kəndi ərazisinə düşərək partlayıb.

Bildirilir ki, PUA ermənilərlə sərhəd istiqamətində vurulub.

www.parla.az