Şəki şəhərindəki “Karvansaray” Mehmanxana Kompleksi ləğv edilib.
Bu barədə Dövlət Vergi Xidmətindən bildirilib. Məlumata görə, kreditorlar 2 ay ərzində tələblərini Bakı şəhəri, Nərimanov rayonu, Zeynal Xəlil küçəsi, ev 11 a ünvanına bildirə bilərlər.
Kompleksin rəhbəri Sahib Hüseynov “Karvansaray”ın bağlanmasından xəbərsiz olduğunu deyib: “Bununla bağlı məndə hər hansı məlumat yoxdur”.
Qeyd edək ki, 2002-ci ildə dövlət qeydiyyatına alınan hotelin nizamnamə kapitalı 12 min manat, qanuni təmsilçisi isə Şahin Hüseynovdur.