“”Filan nazirin oğlanları könüllü əsgərliyə yazıldılar” xəbərləri var idi, nə oldu bəs? Müharibə oldu da, bitdi də”backend

""Filan nazirin oğlanları könüllü əsgərliyə yazıldılar" xəbərləri var idi, nə oldu bəs? Müharibə oldu da, bitdi də"

“Heç vaxt inanmazdım ki, Qəbələdə vaqonda yaşayan oğullar var, özü də mərd, vətənpərvər, qəhrəman. Dünən ürəyində qəlpə olan əsgərimizi gördüm… Bütün gecə o uşağı, ailəsini düşünmüşəm”.

PARLA xəbər verir ki, bu sözləri ANS TV-nin əməkdaşı, tele-jurnalist Sevda Həsənova sosial şəbəkədəki hesabında yazıb.

Qəbələ qazisi, bir gözü görməyən, bir qulağı eşitməyən Elçin Səmədov haqqında fikirlərini bölüşən S.Həsənova həmçinin nazir övladlarının bu çətin günlərdə laqeyd münasibət göstərdiyini də qeyd edib:

“Yadımdadır, səfərbərlik başlayanda “filan nazirin oğlanları könüllü əsgərliyə yazıldılar”, “filanksin oğlu hamıdan birinci gedəcək cəbhəyə” və s. bütün şəbəkəni selfiləriylə doldurmuşdular. Nə oldu bəs? Müharibə başladı da, bitdi də! Görünmədiniz ortalıqda. Heç səsiniz də gəlmədi. Heç Qəbələdə də görünmədiniz, eşidilmədiniz… Heç olmasa, sizin də əvəzinizdən döyüşən bu yaralı balalarımıza dəstək olun”…

“Yaxşı ki, dövlətimiz var, Ali Baş Komandanımız var, yaxşı oğlanlarımız var. Yoxsa belələrinin ümidinə qalsaq, Allah bilir ki, necə olardı”,-deyə qeyd edib

Xatırladaq ki, bir müddət öncə Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovun oğulları Tale və Nicat səfərbərlik elan olunanda könüllü yazıldıqlarını bildirsələr də, müharibə dönəmində heç bir fəaliyyətləri eşidilməyib.

www.parla.az