Rüstəm İbrahimbəyovun qızı: Anara evlənəcəyimi deyəndə...
“Nişanlıma dedim ki, əgər özün haqda pis təəssürat oyatsan, bu, fəlakət olacaq. Çünki Anar toyumuzu pozmaq üçün hər şeyi edəcək.”
PARLA xəbər verir ki, bunu Rüstəm İbrahimbəyovun qızı Fatimə İbrahimbəyova Anar Mammadovun doğum günü ilə bağlı öz Instagram səhifəsində paylaşım edəndə yazıb.
Həmin paylaşımın mətnini təqdim edirik:
“Anarımın 50 yaşı oldu…
Hələ də keçmiş haqqında olduğu kimi yaza bilmirəm. Yəqin ki, heç vaxt da yaza bilməyəcəm. Ağıllı, mehriban, səxavətli dostum Anar haqqında iki hekayəmi bölüşürəm.
90-cı illərin əvvəlində sənətkar qohumumun xahişi ilə Anara müraciət etdim. Qohumumun imkanı zəif olduğundan ailəsinə dolandırmağa çətinlik çəkirdi. Anarın dəstəyi ilə o, balaca siqaret köşkü açıb, kiçik bizneslə məşğul olmağa başladı.
O dövrdə hansısa iş adam həmin köşkdən yer haqqı olaraq qohumumdan 500 dollar istədi. Qohumum mənə zəng elədi. Məndən Anara zəng etməyimi xahiş etdi ki, bir deputat olaraq Anar bu məsələni həll edə bilər. Anar həqiqətən bu məsələni həll etdi. Bir də qohumumdan yer haqqı istəyən olmadı.
Yalnız bir neçə il sonra təsadüfən bildim ki, bu pul haqlı səbəbdən tələb olunur, həqiqətən ödənilməli imiş. Anar isə vəziyyəti başa düşərək bizə məlumat vermədi və özü ödədi. Anardan niyə mənə heç nə demədiyini soruşanda qohumumun pulunun olmadığını başa düşdüyünü dedi və məni narahat etmək istəməyib.
Bir də evliliyimlə bağlı çox gülməli bir hekayəni bölüşəcəm.
Anara evlənəcəyimi deyəndə, o, dərhal kürəkənlə tanış olmaq istədi. Nişanlıma dedim ki, əgər özün haqda pis təəssürat oyatsan, bu, fəlakət olacaq. Çünki Anar toyumuzu pozmaq üçün hər şeyi edəcək. Nişanlım görüşdən əvvəl çox narahat idi. Üstəlik, qardaşlarımın hər biri görüşdən sonra nişanlıma belə demişdilər:
“Bacımı incitsən, səninlə özüm məşğul olacam.”
Buna görə də Anardan da eyni reaksiyasını gözləyirdi. Ancaq Anar həmişə gözlənilməz idi. Bizi bir restorana dəvət etdi, bütün axşam gələcək həyat yoldaşımla şirin-şirin söhbət etdilər. Mən onda başa düşdüm ki, bu görüş böyük bir dostluğun başlanğıcı olacaq. Restorandan çıxan kimi Anar məni bir kənara çəkdi və ciddi şəkildə dedi:
“Bu gözəl oğlanı incitsən, səninlə özüm məşğul olacam”