Rusiyada yaşayan məşhur azərbaycanlı reper Navai Qarabağda gedən döyüşürlərlə bağlı paylaşım edib.
PARLA xəbər verir ki, reper öz Instagram səhifəsində bunları yazıb.
“Dostlar, oktyabrın 2-də mənim ilk albomum çıxacaq. Hətta istəyirdim, albomun çıxmasını təxirə salım. Amma mümkün olmadı. Cəhənnəm olsun hamısı, əsas məsələ bu deyil.
Hal-hazırda mənim vətənim Azərbaycanda ağır döyüşlər gedir. Hər iki tərəfdən gənclər ölür. Halbuki onları evdə anaları gözləyir. Mən ümid edirəm ki, tezliklə müharibə bitəcək və hər şey yenidən sakitləşəcək”