Rusiyada dəmiryolu qəzası zamanı 11 vaqon relsdən çıxıbbackend

Rusiyada dəmiryolu qəzası zamanı 11 vaqon relsdən çıxıb

Rusiyada dəmiryolu qəzası zamanı kömürlə dolu 11 vaqon relsdən çıxaraq aşıb.

PARLA xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Komi vilayətinin “İosser” dəmiryol stansiyasında baş verib. Bildirilib ki, qəza zamanı xəsarət alan olmayıb. Hadisə yerinə bərpa işləri ilə əlaqədar “Mikun” və “Sosnoqorsk” stansiyalarından qatarlar göndərilib.

Hadisə ilə əlaqədar 42 nömrəli Moskva-Vorkuta və 306 nömrəli Sıktıvkar-Usinsk sərnişin qatarının hərəkət qrafikində gecikmə baş verib.

www.parla.az