Rusiya və Fransa prezidentləri Qarabağ məsələsini müzakirə etdilərbackend

Rusiya və Fransa prezidentləri Qarabağ məsələsini müzakirə etdilər

Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makronun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı telefon danışığı olub.

PARLA TASS-a istinadən xəbər verir ki, prezidentlər Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyəti müzakirə ediblər.

10 və 17 oktyabr tarixlərində humanitar atəşkəslə bağlı əldə olunmuş razılaşmaya əməl edilməsinin vacibliyi vurğulanıb. Putin fransalı həmkarını hərbi əməliyyatların eskalasiyasının qarşısını alınması və problemin siyasi-diplomatik yolla tənzimlənməsi üçün danışıqların tezliklə bərpası ilə bağlı atılan addımlar barədə məlumatlandırıb.

Qeyd edilib ki, Rusiya və Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi, eləcə də BMT Təhlükəsizlik Şurasının xətti ilə sıx koordinasiyanın davam etdirilməsinə hazırdır.

www.parla.az