Rusiya Ermənistana 50 min tonluq pulsuz hərbi-texniki vəsait verib – RƏSMİbackend

Rusiya Ermənistana 50 min tonluq pulsuz hərbi-texniki vəsait verib - RƏSMİ

“2016-cı ilin aprel döyüşlərinin Rusiya tərəfindən təhrik olunduğuna dair iddialar siyasi cəhalətdir”.

PARLA xəbər verir ki, Ermənistan saytlarının yaydığı məlumata görə, bu sözləri işğalçı ölkənin terrorçu eks-prezidenti Serjik Sərkisyan bu gün 2018-ci ildəki istefasından sonra keçirdiyi ilk mətbuat konfranslında söyləyib.

“Adamlar fikir söylədikdə, təsdiqlənməmiş, kompromat dolu ifadələr işlətdikdə bunun təkcə o an üçün deyil, gələcək üçün də dərin nəticələri olur. Rusiya Ermənistanın strateji müttəfiqidir. Belə ifadələrə yol vermək müttəfiqimizi xəyanətdə ittiham etməkdir. Bu, xüsusən də müttəfiq kimi Rusiyanın bizə böyük kömək göstərdiyi halda yolverilməzdir ”-deyə S. Sərkisyan bildirib.

O qeyd edib ki, 2018-ci ilədək Ermənistan Rusiyadan 50 min tondan çox hərbi-texniki vəsaiti pulsuz alıb.

“Ermənistan bölgədəki yeganə ölkədir ki, “İsgəndər” raketləri var. 2016-cı il müharibəsinin Rusiya tərəfindən təhrik olunduğunu söyləmək, düşünürəm ki, siyasi bir səhvdir”-deyə Azərbaycan torpaqlarının, o cümlədən Xocalı soyqırımının birbaşa təşkilatçı və icraçılarından olan sabiq Ermənistan lideri S.Sarkisyan vurğulayıb.

www.parla.az