Roma Papası ağır xəstələnibbackend

Roma Papası ağır xəstələnib

Taxtdan imtina etmiş Roma Papası XVI Benedikt ağır xəstələnib.

PARLA “Passauer Neue Presse” nəşrinə istinadən xəbər verir ki, o, iyun ayında etdiyi Almaniya səfərindən sonra xəstələnib. Həkimlər Papaya üz iltihabı diaqnozu qoyub və onun çox zəif halda olduğu bildirilib.

Ağır vəziyyətdə olan Roma Papasının artıq vəsiyyət yazdığı və Müqəddəs Pyotr Kafedralının yanında yerləşən Müqəddəs İohann Pavel II məzarlığında dəfn edilməsini arzuladığı qeyd olunub.

www.parla.az