Rol aldığı ilk filmdə onun sözü yox idi. Rejissor “Onda sən də gül” dedi. O da güldü…backend

Rol aldığı ilk filmdə onun sözü yox idi. Rejissor "Onda sən də gül" dedi. O da güldü...

Çəkiliş üçün getdiyi ilk filmdə ssenaridən ona pay çatmayıb. Rejissor “Onda sən də gül” deyib. O da gülüb… Bununla da türk kinosunun gülən və güldürən adamına çevrilib.

Şaban obrazı ilə ürəklərə yol tapan və insanlara gülüş bəxş edən aktyor Kamal Sunal sevənlərini bircə dəfə ağlatdı. Dünyadan köçəndə… Bu gün onun ölümündən 20 il ötür.

O, Kiçikbazarın taxta evlərinin sıralandığı məhəllələrin birində dünyaya gəlmişdi. Təqvim 1944-cü il 11 noyabrı göstərirdi. Məhəllələrində varlığı, yoxluğu bölüşən gözəl insanlar var idi.

“Vəfa” Liseyində orta təhsil almağa başlayanda dostluq çevrəsi də dəyişir. Sinif yoldaşları bilmirdi ki, dostluq etdikləri bu uşaq gələcəkdə şöhrətli bir aktyor olacaq. Kamal savadlı bir uşaq olsa da, hər sinfi iki ilə oxuyub. Çünki yoldaşlar bir-birlərindən ayrı düşməmək üçün sinifdə qalırlarmış. “Hababam sınfı”ndakı kimi onların da sinfində hər şagirdin bir ləqəbi olub. Kamala isə “Koçero” ləqəbi qoyublarmış.

Telif davasında yeni gelişme! Sunal ailesi Anayasa Mahkemesi'ne ...

“Anası da deyərdi, onda uşaqlığından bəri bir qüssə var idi. Amma təbii ki, həm də çox şən insan idi.”

Liseyi bitirəndən sonra ali məktəbə qəbul olur, ancaq teatr qastrolları onun dərslərdə davamiyyətini pozur. Nəticədə, qaib sayları onu ali məktəbdən uzaqlaşdırır. Ancaq Kamal aktyor fəaliyyətinə davam edir.

“O, səhnədəydi, mən tamaşaçıların arasında. Hovuz səhnəsi var idi. O, hovuza girmişdi, gözətçi gəlir, paltarlar qucağında. Replikası yox idi, sadəcə elə-belə dururdu. Həmin səhnədə göz-gözə gəldik. 2 il yarım məktublaşdıq.”

Həmin vaxt iki il məktublaşırlar. Atası elə bilirmiş ki, Gül aktrisa olmaq istəyir. Qız isə gerçəyi özündə gizli saxlayır, gülüb keçərmiş. Ancaq həqiqət ortaya çıxanda Gülün ailəsi onun Kamalla evlənməyini istəmir. Ancaq onu tanıdıqca qərarlarını dəyişirlər. Kamalla Gül evlənir və özü kimi aktyor olan Əli və Ezo adlı uşaqları dünyaya gəlir.

“Kamalın gözləri bəzilərinə cazibəsi olmayan bir cüt göz kimi görünə bilər, amma çox dərin baxardı. Çox kədərli gözləri var idi. Ona nə edirsiniz edin, yaxud o, sizə nə edirsə-etsin, sonda “aman üzülməsin” deyərdiniz. Uşaq kimiydi. Hətta qızımız Ezo ibtidai sinifdə oxuyarkən ona körpə kimi baxırdı. Hamımıza mərhəmət hissini çox ağır yaşadırdı.”

Kamal özünün də gözləmədiyi bir vaxtda teatrdan kinoya keçir. İlk çəkildiyi film olan “Tatlı dillim”də çox az görünsə də, göründüyü hər kadr qəhqəhəylə qarşılanır. Beləliklə, elə rol aldığı ilk filmdən tamaşaçının qəlbini fəth edə bilir. “Şabanoğlu Şaban” filminə çəkilməklə isə türk kinosuna “Şaban” adını gətirir. Bu ad Kamal Sunal əfsanəsinə çevrilir və hətta ölümündən sonra da onu yaşadır.

“Kamal səhər tezdən oyanar, yemək yeyər, qəzet oxuyardı. Saatlarla oxuyardı, hətta elanları da. Bizdə günorta yeməyinə çox ciddi hazırlıq gedərdi. İşləmədiyi günlərdən danışıram. Çox adam bilirdi ki, biz saat 1-də nahar edirik. Biz tərəfə işi düşən, alış-verişə çıxıb, yolu oralardan keçən dost-tanış bizə gələrdi. Yenə televizora baxar, kitabını oxuyardı, telefonla danışmağı sevərdi. Həftədə 3-4 dəfə axşamlar “Çiçək bar”a gedərdi.”

Kemal Sunal'ın eşi Gül Sunal bilinmeyenleri anlatıp Cüneyt Arkın ...

1991-ci ildə oynadığı “Varyemez” adlı filmdən sonra uzun müddət kinodan uzaqlaşır. Ancaq çəkiliş meydançalarından, kameralardan uzaq qalmaq nə onun aktyorluq qabiliyyətinə, nə də məşhurluğuna xələl gətirir. İllər sonra dən düşmüş bığları, ağarmış gicgahı və mühafizəçi libasıyla tamaşaçıların qarşısına çıxır. Filmin sürprizi isə oğlu Əli Sunalın da onunla birgə oynaması olur.

“İnək Şaban” filmindən sonra uşaqlar “İnəyin uşağı” deyib zarafatlaşardılar onla. Evimizin yanında məktəb varıydı, tez-tez Kamalla gedəndə arxamızdan uşaqlar “mö-mö” deyə bağırırdı. Kamal inciməzdi bundan, amma uşaqlar, görünür, özlərini pis hiss edirmişlər. Bir gün Əli məktəbdən gəldi, çantasını yerə atdı və dedi ki, hamısı sənin günahındır. Başa düşmədim. Dedi ki, Cüneyt Arkınla evlənə bilərdin. Ona “Bakkal Qazi” deyirdi. O güclüydü deyə, onunla evlənməyimi istəyirdi.”

Gülməyi sevmirdi

“Əslində, məni buraxsan, bu stolun üstünə çıxıb oynayaram. Kamal isə ağır adam idi. Mən onun xasiyyətinə uyğunlaşa bildim

Oğlunun dediyinə görə, filmdə oynadığı rolları daha yaxşı canlandırmaq üçün evdə də obrazının geyimi ilə gəzərmiş. Həmişə viski içərmiş, həkim qadağa qoyandan sonra isə içkini tərgidib. Amma uzun müddət “Araq içirəm” deyə su içərək dostlarını aldadıb. Solçu imiş. Ancaq heç vaxt nə mövqeyini bildirib, nə danışıb, nə də hər hansı bir siyası hadisənin iştirakçısı olub. Həmişə qaçıb bundan.

“Kamal çox gözəl qadınlarla filmə çəkildi. Məsələn, mən heç vaxt çəkiliş meydançasına getməmişdim. Heç bir dostumun kulisinə girmərəm. Çünki onların özünəməxsus zarafatları olur, belə şeylər xoşuma gəlmir. İkincisi, əgər həyat yoldaşına güvənmirsənsə, ayrılmalısan. Ondan yanında kim var deyə soruşmaq mənə ağır gəlirdi. O da soruşmazdı. İkimiz də müstəqil adamlar idik. Bir də görürsən on günlük Bodruma gedərdi, 2 gündən sonra qayıdardı ki, bəs elədi bu qədər. Deməli, evdə daha xoşbəxt idik.”

Gül Sunal, Kemal Sunal'ın ölüm yıl dönümünde yaptığı paylaşımla ...

Heyranları ondan yeni film gözləyərkən 2000-ci ildə rejissor Əli Özgentürkdən təklif gəlir. Rejissor “Balalayka” adlı bir film çəkmək və Kamal Sunalın orada oynamağını istəyir. Aktyor da təklifi qəbul edir. Film çəkilişi üçün təyyarəylə Trabzona getməli olurlar. Ancaq Kamal Sunalın təyyarə fobiyası var idi. Həmişə uzun səfərlər üçün belə avtomobildən istifadə edirmiş. Bu dəfə təyyarəyə minməli olduğu üçün çox həyəcan keçirir, hətta yola düşərkən “Ürəyim heç getmək istəmir. Amma film çəkilişi var, məcburam” deyir. Və təyyarə qalxan kimi aktyor infarkt keçirərək vəfat edir. 2000-ci il 3 iyulda, 56 yaşında… 82 filmdə oynayan Kamal Sunala bu filmə çəkilmək nəsib olmur.

Qeyd: “Dırnaq” içində olan cümlələr Kamal Sunalın həyat yoldaşı Gül Sunalın müsahibəsindəndir.

www.parla.az