Reanimasiyada olan xəstələrin sayı artdı – TƏBİBbackend

Reanimasiyada olan xəstələrin sayı artdı - TƏBİB

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı iyunun 28-nə olan statistik göstəriciləri açıqlayıb.

PARLA xəbər verir ki, məlumatda bu gün ərzində Azərbaycanda koronavirusla bağlı 7106 test edildiyi bildirilib.

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 468 967 test aparılıb. İndiyədək 198 nəfər COVID-19-dan dünyasını dəyişib, 9026 nəfər xəstəliyə qalib gəlib. Aktiv xəstə sayı 7200 nəfərdir. 209 nəfər reanimasiyada, 36 nəfər süni tənəffüs cihazındadır.

Xatırladaq ki, bu gün Azərbaycanda 534 yoluxma faktı qeydə alınıb, 5 nəfər dünyasını dəyişib, 307 pasiyent sağalıb.

www.parla.az