Rayonlara gediş-gəlişin bərpası ilə bağlı AÇIQLAMA – RƏSMİbackend

Rayonlara gediş-gəlişin bərpası ilə bağlı AÇIQLAMA - RƏSMİ

“İnsanlar müəyyən yerlərdən yemək alırlar və ümumi olduğu üçün yoluxma artır. Eyni zamanda çimərliyə eyni ərazidən yox, müxtəlif rayonlarından gəlirlər. Bu da yoluxmların artması deməkdir. Biz avqustun 5-dən sonra çimərliklərə gedişi bərpa edə bilərik”.

PARLA xəbər verir ki, bunu bu gün keçirilən brifinqində Şahmar Mövsümov deyib.

O əlavə edib ki, bəzi insanlar qanunları pozaraq Bakıdan rayonlara gedir, yoluxma sayının kəskin artmasına səbəb olublar:

“Buna görə də səbr edib, yoluxmalarıı idarə olunan səviyyəyə gətirək. Biz buna nail olsaq, sarı zonadan yaşıl zonaya keçə bilərik.

Rayonlara gediş-gəlişi bərpa etməklə əldə etdiyimiz nailiyyəti itirə bilərik. Mən də bunu istəyirəm, amma bir az da səbr edək. Yoluxmalar nəzarət altına alınan kimi ilk addımlardan biri bu olacaq”.

www.parla.az