Ramiz Mehdiyevin nəvəsinin toyunda bu məmurlar iştirak edib – FOTO – VİDEObackend

Ramiz Mehdiyevin nəvəsinin toyunda bu məmurlar iştirak edib - FOTO - VİDEO

Xəbər verdiyimiz kimi, avqustun 18-də Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimi keçirilib.

Dünən PARLA‘da Novxanıda bağ evində keçirilən toydan ilk görüntülər yayımlanmışdı. Bu gün isə saytımıza Ramiz Mehdiyevin qız nəvəsinin toyundan daha bir video daxil olub.

Videoda Ramiz Mehdiyev də yer alıb. Görüntülərdə Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmov Ramiz Mehdiyevin şərəfinə “tost” deyib.

PARLA-nın məlumatına görə, mərasimdə Yeni Azərbaycan Partiyasının rəhbərliyindən də bir neçə nəfər iştirak edib. Onlar arasında YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov və onun həyat yoldaşı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva da var.

Qeyd edək ki, Azərbaycanda pandemiya ilə bağlı karantin elan olunub və toy məclislərinin təşkili rəsmən qadağan edilib.

www.parla.az