Ramiz Mehdiyevin kürəkəni və qudası azadlığa çıxdı – VİDEObackend

Ramiz Mehdiyevin kürəkəni və qudası azadlığa çıxdı - VİDEO

Karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbədən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayevin cəzası başa çatıb.

PARLA xəbər verir ki, avqustun 22-də cəzalarını çəkmələri üçün Abşeron Rayon Məhkəməsindən Binəqədi rayonunda yerləşən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlanılma Məntəqəsinə göndərilən qudalar bu gün azadlığa çıxıb.

Qeyd edək ki, İlham Əliyev AMEA prezidenti Ramiz Mehdiyevin kürəkənidir.

Azadlığa buraxılan sabiq deputat İlham Əliyev bağışlanmasını istədi

Opublikowany przez İctimai TV Niedziela, 6 września 2020

www.parla.az