Xəbər verdiyimiz kimi, karantin rejimini pozaraq avqustun 18-də Novxanıda qızına toy edən və bu səbədən 15 sutka müddətinə inzibati qaydada həbs olunan sabiq deputat İlham Əliyev və onun qudası Rövşən Mustafayevin bu gün azadlığa çıxıb.
PARLA-nın məlumatına görə, azadlığa çıxan sabiq deputat məlum toyla bağlı açqıqlama verib və qalmaqalın səbəbkarı kimi Dövlət Akademik Filarmoniyasının direktoru Murad Adıgözəlzadənin xanımı Aysel Teymurzadəni ittiham edib:
“Flarmoniyanın direktoru Murad Adıgözəlovun yoldaşı Aysel qərəzli videoları çəkərək müxalif sayta ötürüb. Sual yaranır ki, bunun səbəbi nədir. Mən bu barədə çox düşünmüşəm. Bu, sabotajdır. Bu Ramiz Mehdiyevə qarşı sabotajdır”.