Ramiz Mehdiyevin kürəkəni qızının toyundan danışdı – FOTObackend

Ramiz Mehdiyevin kürəkəni qızının toyundan danışdı - FOTO

Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinə toy mərasimi keçirməsi ilə bağlı məlumat yayılıb.

PARLA bildirir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən R.Mehdiyevin kürəkəni, sabiq millət vəkili İlham Əliyev qızına toy etməsi xəbərinə sərt reaksiya verib:

“Mənim qızımın toyu niyə müzakirə edilməlidir? Açıqlama vermək istəmirəm. Şəxsi həyatımızla bağlı niyə danışmalıyam? Dövlətdə baş verənlər haqqında soruşun, cavab verim. Videoda tarix qeyd edlmədiyi üçün bunun pandemiya dövründə çəkildiyini heç kim sübut edə bilməz. Kim nə deyirsə, desin. Mənə maraqlı deyil”.

Qeyd edək ki, R.Mehdiyevin kürəkəni, eks-deputat İlham Əliyev Novxanı qəsəbəsində qızı Fidan Əliyevaya toy edib. Avqustun 18-də bağ evində keçirilən mərasimdə yalnız qohumlar və ailənin yaxın dostları iştirak edib.

Xatırladaq ki, yeni növ koronavirus infeksiyasının yayılması ilə bağlı mövcud sanitar-epidemioloji vəziyyətin təhlilinə uyğun olaraq ölkədə kütləvi tədbir, toy və nişan mərasimlərinin keçirilməsi qadağandır.

www.parla.az