Ramiz Mehdiyevin istefası tələbi ilə aksiya keçirildi – FOTO – VİDEObackend

Ramiz Mehdiyevin istefası tələbi ilə aksiya keçirildi - FOTO - VİDEO

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin istefası üçün etiraz aksiyası keçirilib.

PARLA xəbər verir ki, siyasi fəal, Avropa-Azərbaycan Hərəkatının sədri Ramin Hacılı Ramiz Mehdiyevin AMEA-nın prezidentliyindən istefa verməsini tələb edib. O, AMEA-nın professor, akademiklərini eyni addımı atmağa çağırıb.

Aksiya 15 dəqiqə çəkib və ərazidə olan polis əməkdaşları tərəfindən Ramin Hacılı naməlum istiqamətdə aparılıb.

Ramin Hacılı artıq polis əməkdaşları tərəfindən sərbəst buraxılıb.

(Fərid İsmayılov)

www.parla.az