Ramiz Mehdiyev axırda müxalifət lideri olacaqbackend

Ramiz Mehdiyev axırda müxalifət lideri olacaq

“Yeni Müsavat” qəzetinin baş redaktoru PA-nın sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyev haqqında növbəti qeydlərini yazıb.

PARLA həmin qeydləri təqdim edir:

Ramiz Ənvəroviç haqqında 6 postulat

1. Şəhidlərin 40-ı çıxmadan toy edir, sabiq -sadiqləri başına toplayıb, şadyanalıq keçirdir, 20 dəqiqə də atəşfəşanlıq təşkil olunur…

2. Toy karantin rejiminə görə qanunla qadağan olunan bir tədbirdir. Yarım ildir heç kim toy mərasimi edə bilmir. O isə dövlətin qanunlarını, millətin mümkün qınağını heçə sayaraq, təmtəraqlı toy edir və özü kimi şəhidlərə , qanunlara və millətə sayğısızları nəvəsinin xeyir işinə toplayır.

3. Millətin yasda olduğu günlərdə toy -büsat quranların videosu üzə çıxanda kürəkəni İlham Əliyevin, YAP-dakı adamı Siyavuşun saymazyana açıqlamaları, cəmiyyətə çəmkirmələri bunların həyat manifestidir. Bunlar belədirlər. Bunların kitabında üzür istəmək yoxdu; özlərini hər zaman haqlı sayarlar, üstün yaradıldıqlarına və qüdrətli Ağsaqqala inanarlar.

4. Cəmiyyətə, dövlət ərkanına və elitasına nümunə olmaq əvəzinə pis nümunə olduğunu, ümummilli yas və karantini pozduğunu, siyasi rəhbərinə etinasızlıq etdiyini hələ də etiraf etməyib. Hələ də bu pis nümunənin əsas memarı olduğuna görə (elitanı şəxsən özü dəvət edib, o tədbirə toplayıb) heç olmasa ümumi qaydada üzr istəməyib.

5. Əvəzində bəyanatlar verir, qınaq, ümu-küsü, təhdid yağdırır, ona qarşı danışan və yazanların siyahısını tutur. Üsyan bayrağı açıb, lakin ətrafına kimi toplayacağını bilmir. Toplananlar da dəyişib, cəm də dəyişib və ona tost deyənlər indi nifrin yağdırır. Ona görə də üzünü əks düşərgəyə tutub. Orada onun köhnə uşaqları var…

6. Ramiz Mehdiyev o qədər çox yaşadı ki, axırda müxalifət lideri də oldu. Ya da…olacaq…

Düyün müxalifəti…

www.parla.az