Ramiz Mehdiyev əleyhinə aksiya keçiriləcək: Mehdiyevin istefası və həbsi tələb olunacaqbackend

Ramiz Mehdiyev əleyhinə aksiya keçiriləcək: Mehdiyevin istefası və həbsi tələb olunacaq

Turan Partiyasının Gənclər Təşkilatı (Bozqurtlar Ocağı) Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısında aksiya keçirməyi planlaşdırır. Muxalifet.az xəbər verir ki, AMEA-nın qarşısında keçiriləcək aksiyada “Daloy Ramiz!” şüarının səsləndirilməsi nəzərdə tutulur.

Bu haqda məlumat verən Turan Partiyasının Başqanı Cahandar Bayoğlu bildirir ki, gənclər bu aksiya ilə bağlı onun razılığını istəyib və müsbət cavab alıblar.

“Bu həftə ərzində Ramiz Ənvəroviç işdən ayrılıb həbs edilməsə, gənclərin etiraz aksiyalarının keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə icazə məktubu göndərilməsinə “yaşıl işıq” yandırılacaqdır”, – deyə partiya başqanı vurğulayıb.

www.parla.az