“Raket Bakıya da düşə bilərdi” – RƏSMİbackend

"Raket Bakıya da düşə bilərdi” - RƏSMİ

Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev atəşkəs qərarından sonra cəbhədə baş verən hadisələrlə bağlı brifinqdə çıxışı zamanı bir çox məsələlərə toxunub.

Onun sözlərinə görə, dünən düşmənin texnikası məhv edilməsəydi, atılacaq raket Bakıya da düşə bilərdi:

“O zaman zərər törədə və infrastruktura ziyan dəyə bilərdi. Kəşfiyyat məlumatlarına görə, Ermənistan Xankəndi ətrafında Ballıca yaşayış mövqeyindən “Toçka-U” raketi ilə şəhərlərimizə zərbələr endirib”.

“Dağlıq Qarabağda yerləşən ümumqoşun hissələrində “Elbrus” raketi yoxdur. Bu, Ermənistanın 71-ci raket alayının tərkibindədir. Həmin alay Ermənistanın Stepanavan şəhərində dislokasiya olunub”, – deyə general əlavə edib.

www.parla.az