Rəsulzadənin nəvəsi Azərbaycan Ordusunun hərbi əməliyyatlarından danışdıbackend

Rəsulzadənin nəvəsi Azərbaycan Ordusunun hərbi əməliyyatlarından danışdı

Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məmməd Əmin Rəsulzadənin nəvəsi, Əməkdar rəssam Rəis Rəsulzadə jurnalistlərə açıqlamasında Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarından danışıb:

“Mən qəhrəman Azərbaycan Ordusunun uğurlu hərbi əməliyyatlarını izləyirəm. Biz hamımız həyəcanlıyıq. Mən arzu edirəm ki, Azərbaycanın ərazi bütövlüyü tezliklə bərpa olunsun və biz hamımız Qələbə Gününü qeyd edək.

Əsas məsələ Qarabağımızın azad edilməsidir. Əminəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə biz buna tezliklə nail olacağıq. Qarabağ-Azərbaycandır”.

www.parla.az