Rəsmi Ermənistan: “Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik”backend

Rəsmi Ermənistan: "Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik"

Ermənistan tərəfi Şuşanın işğaldan azad olunduğunu etiraf edib.

PARLA xəbər verir ki, bu barədə  qondarma “Dağlıq Qarabağ”ın separatçı liderinin “sözçüsü” Vəhram Poqosyan öz “Facebook” səhifəsində yazıb.

“Bu təbiidir, çünki müharibə nə müvəffəqiyyətin, nə də uğursuzluğun təmin olunmadığı ağır bir mübarizə hərəkətidir. Bu günə qədər təəssüf ki, uğursuzluqlar zəncirinin bizi hələ də təqib etdiyini və Şuşa şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etməliyik. Bu da əhval-ruhiyyənin düşməsinə səbəb oldu”, – o bildirib.

www.parla.az