Rəşad Sadıqov “Zirə”yə baş məşqçi təyin olundubackend

Rəşad Sadıqov “Zirə”yə baş məşqçi təyin olundu

Zirə” komandasının yeni baş məşqçisi bəlli olub.

PARLA xəbər verir ki, qəsəbə təmsilçisi Rəşad Sadıqova həvalə olunub. 38 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıb.

“Zirə”nin fəxri prezidenti Orxan Məmmədov təyinatla bağlı fikirlərini bölüşüb. O, Rəşad Sadıqovla geniş və ətraflı müzakirələrdən sonra razılığa gəldiklərini bildirib: “Onun bizimlə çalışmağa razılıq verməsinə görə çox şadam. Futbolçu karyerasını yeni bitirsə də, baş məşqçi kimi təcrübəsi hamıya məlumdur. “Qarabağ”ın gənclərdən ibarət komandası ilə yanaşı, U-21 millimizdə də qısa müddətdə yaxşı işlər görüb. Onun baş məşqçi kimi klubumuzun inkişafına müsbət təsir edəcəyinə inanıram”.

Qeyd edək ki, 2011-ci ildən “Qarabağ”da çıxış edən Rəşad Sadıqov 2019/2020 mövsümünün sonunda karyerasını başa vurub. O, iyulun 15-də Ağdam klubu ilə vidalaşdığını da açıqlayıb.

www.parla.az